Bank Of Baku

Sankt-Peterburqda kütləvi zəhərlənmə olub, zəhərlənənlərin arasında çoxlu sayda Azərbaycan vətəndaşları var - FOTO

Sankt-Peterburqda kütləvi zəhərlənmə olub, zəhərlənənlərin arasında çoxlu sayda Azərbaycan vətəndaşları var  - <span style="color: red;">FOTO
# 27 avqust 2013 00:05 (UTC +04:00)

Moskva.Fərid Əkbərov – APA. Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən inşaat firmasında kütləvi zəhərlənmə baş verib. APA-nın Rusiya bürosunun məlumatına görə, zəhərlənənlər arasında çoxlu sayda Azərbaycan vətəndaşları olub.

 

“Pulkovo-3” hava limanının tikintisi ilə məşğul olan "IC Ictas-Astaldi" inşaat firmasında çalışan 350 nəfər Azərbaycan, Türkiyə və Tacikistan vətəndaşları nahar yeməyindən sonra zəhərlənib. Onların nahar yeməyində verilən toyuq ətindən zəhərləndiyi bildirilib.

 

Zəhərlənən 350 nəfər təcili-tibbi yardım maşınları ilə Botkin Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə ambulator yardım göstərilib və onlar evə buraxılıb.

 

15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR