Bank Of Baku

Serj Sarkisyan Müdafiə Nazirliyində müşavirə keçirib

Serj Sarkisyan Müdafiə Nazirliyində müşavirə keçirib
# 18 dekabr 2015 15:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan Müdafiə Nazirliyində prezident Serj Sarkisyanın iştirakı ilə müşavirə keçirilib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, baş nazir, müdafiə və maliyyə nazirləri, eləcə də digər yüksək vəzifəli şəxslərin iştirak etdiyi müşavirədə 2014 -2015-ci illər üçün Strateji Müdafiə İcmalının nəticələri açıqlanıb.

 

Toplantıda həmçinin 2016 -2020-ci illər üçün Ermənistan Silahlı Qüvvələrinin İnkişaf Planı, Silahlanma və hərbi texnikanın inkişafı proqramları müzakirə olunub.

 

S. Sarkisyan Strateji Müdafiə İcmalının yekunlarının həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR