APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə milis idarəsinin rəis müavini Yuri Şmıxlenko məlumat verib.
Onun sözlərinə görə, idarədə qapılar və pəncərələr qırılıb, insident nəticəsində xəsarət alan olmayıb.
Bundan başqa, Donetsk vilayətinin Rodinsk şəhərində 300-dək separatçı milis idarəsini ələ keçiriblər. APA-nın UNN-a istinadən verdiyi xəbərə görə, hücum zamanı asayiş keşikçiləri arasında xəsarət alan olmayıb.
Hazırda separatçılar milis idarələrinin ərazisində barrikadalar qurur.