APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə “xalq icmasının” əlaqələndiricisi Oleq Dereko bildirib.
“Biz artıq DİN-i ələ keçirmişik, hazırda polisi tərksilah edirik”, deyə o bildirib.
UNİAN-ın məlumatına görə, Rusiya yönümlü fəallar binanın üzərinə bu ölkənin bayrağını ucaldıblar.
Bundan əvvəl Luqansk vilayəti üzrə Ukrayna DİN Baş İdarəsinin rəisi istefa raportu verib.
Qeyd edək ki, separatçılar Luqanskda, həmçinin, vilayət prokurorluğu binasını və televiziya mərkəzini ələ keçiriblər.
Separatçılar nəzarətə aldıqları binaların qarşısında silahlı postlar qurub. Məlumata görə, etirazçılar vilayət prokurorluğu binasının üzərində dalğalanan Ukrayna bayrağını yandırıblar.