Bank Of Baku

Sergey Lavrov: “ABŞ və müttəfiqləri Suriyaya hərbi müdaxilə etsələr belə, müxalifətin Cenevrə-2 konfransına qatılmaqdan başqa alternativi yoxdur”

Sergey Lavrov: “ABŞ və müttəfiqləri Suriyaya hərbi müdaxilə etsələr belə, müxalifətin Cenevrə-2 konfransına qatılmaqdan başqa alternativi yoxdur”
# 02 sentyabr 2013 11:55 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Suriya müxalifətinin Cenevrə-2 konfransına qatılmaqdan başqa alternativi yoxdur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, ABŞ və müttəfiqləri Suriyaya hərbi müdaxilə etsələr belə, müxalifətin Cenevrədə keçiriləcək beynəlxalq konfransa qatılmaqdan başqa alternativi yoxdur: “Əlbəttə ki, amerikalı həmkarlarımızın ortaq təşəbbüsümüzlə gerçəkləşdirilən konfransa yetərincə təşviqat aparmadıqları üçün təəssüflənirik. Kimyəvi silah tətbiq etdiyi iddiaları ilə Suriya rejiminə qarşı silahlı gücdən istifadə olunsa da, müxalifətin bir neçə alternativi olduğu qənaətində deyiləm”.

 

Kimyəvi silahın kimlər tərəfindən istifadə olunduğunun müəyyənləşdirilməsinin tərəfdarı olduqlarını söyləyən Rusiya XİN başçısı bildirib ki, muşahidəçilər topladıqları dəlil-sübutlarla birlikdə rəylərini BMT Təhlükəsizlik Şurasına təqdim etməlidirilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR