Bank Of Baku

Sergey Lavrov: “Makedoniyada baş verən hadisələr xaricdən idarə olunur”

Sergey Lavrov: “Makedoniyada baş verən hadisələr xaricdən idarə olunur”
# 20 may 2015 12:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Rusiya Makedoniyada baş verən hadisələrin inkişafından narahatdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Moskva bu ölkədə baş verən hadisələrin xaricdən idarə olunduğunu düşünür:

 

“Bu, bizi çox narahat edir. Makedoniyadakı hadisələr kobudcasına xaricdən idarə olunur. Hökumət qabiliyyətsizlikdə, əhali qarşısında öhdəliklərini yerinə yetirməməkdə günahlandırılmağa cəhd edilir. Bütün bunların kökündə Makedoniya hökumətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi dayanır. Bundan başqa, hökumətin vaxtilə “Cənub axını”nı dəstəkləməsi, indi isə Rusiya enerji daşıyıcılarının Avropaya nəqlini həyata keçiriləcək digər variantlar, o cümlədən “Türk axını” layihəsi çərçivəsində əməkdaşlıq etmək arzusunda olduğunu bildirməsi Makedoniyada baş verən hadisələrin səbəbidir". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR