Bank Of Baku

Sergey Lavrov: “Qərb Suriya hökumətinin kimyəvi silah tətbiq etməsinə dair ortaya fakt qoya bilmir”

Sergey Lavrov: “Qərb Suriya hökumətinin kimyəvi silah tətbiq etməsinə dair ortaya fakt qoya bilmir”
# 26 avqust 2013 15:03 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Qərb dövlətlərinin əlində Suriya hakimiyyətinin kimyəvi silah tətbiq etməsinə dair heç bir fakt yoxdur”.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

Onun sözlərinə görə, internetdə yayımlanan, avqustun 21-də Şərqi Qutada kimyəvi silahın tətbiq olunması ilə bağlı informasiyalardan sonra Vaşinqton, London, Paris və bir sıra qərb dövlətlərindən Suriyaya hərbi müdaxilənin mümkünlüyü barədə bəyanatlar səslənir: “Onlar deyirlər ki, Suriya hökumətinin kimyəvi silah tətbiq etməsi ilə bağlı faktları var. Lakin onlar bu faktları ortaya qoya bilmirlər. Buna görə də biz təkid edirik ki, avqustun 21-də Suriyada baş verənlər BMT Təhlükəsizlik Şurasının müşahidəçiləri tərəfindən dərhal araşdırılmalıdır.

 

İnternetdə yayılan bir video ilə nəyi sübut etmək olar? Britaniya və ABŞ bu videonu əsas götürüb Suriya hakimiyyətini günahlandırmaq istəyir. Onlar Əsəd hakimiyyətinin kimyəvi silahın tətbiqinə dair izləri itirdiyini bildirirlər”.

 

S. Lavrov Qərb ölkələrini Dəməşqə qarşı güc yolu ilə təzyiqdən çəkinməyə, təxribatlara uymamağa, Suriyada olan BMT ekspertlərinin hərtərəfli, obyektiv və tərəfsiz araşdırma aparması üçün normal şərait yaradılmasına dəstək verməyə çağırıb: «Qərb əvvəlki konfliktlərdən dərs çıxarmalı, həmin səhvləri bir də təkrarlamamalıdır. Hərbi müdaxilə heç bir regiona sabitlik və təhlükəsizlik gətirməyib».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR