Bank Of Baku

Sergey Lavrov: “Suriya hərbi müdaxilə olarsa, bütün bölgə ölkələri bundan əziyyət çəkəcək” - FOTO

Sergey Lavrov: “Suriya hərbi müdaxilə olarsa, bütün bölgə ölkələri bundan əziyyət çəkəcək” - <span style="color: red;">FOTO
# 02 sentyabr 2013 12:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Suriyaya hərbi müdaxilə olacağı təqdirdə bütün bölgə ölkələrinin milli təhlükəsizliyi bundan əziyyət çəkəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasından (CAR) olan həmkarı Maite Nkoana Maşabane ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, hazırda bölgə insanlarının həyatı təhlükədədir: “Biz bunu İraqda da, Liviyada da gördük. Bu ölkələr terrorizmdən bu gün də əziyyət çəkirlər. Suriyaya hərbi müdaxilə olacağı təqdirdə bütün region ölkələri terrorçuluqdan əziyyət çəkəcək”.

 

S.Lavrov bütün ölkələri terrorçuluqla mübarizə aparmağa çağırıb: “Biz regionda yeni müharibənin əleyhinəyik. Suriyaya hərbi müdaxilə beynəlxalq hüquq normalarının, BMT Nizamnaməsinin və BMT Təhlükəsizlik Şurasının qərarlarının pozulmasıdır. Biz buna imkan verməyəcəyik. Bütün hallarda münaqişə siyasi yolla həll olunacaq”.

 

Rusiya XİN başçısı bildirib ki, ABŞ-ın Suriyaya hücum edəcəyini elan etməsi Cenevrə-2 sülh konfransının çağırılmasını uzun müddət, bəlkə də əbədi olaraq təxirə salır.      

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR