Bank Of Baku

Sergey Lavrov: “Ukrayna neytral statusunu saxlamalıdır”

Sergey Lavrov: “Ukrayna neytral statusunu saxlamalıdır”
# 27 fevral 2015 11:04 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Ukrayna ölkənin parçalanmaması və avroatlantik regionda sabitliyə töhfə vermək üçün neytral statusunu saxlamalıdır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya Diplomatiya Akademiyasında mühazirəsi zamanı deyib. O bildirib ki, Ukraynanın parçalanmaması, avroatlantik məkanda inam atmosferinin dəstəklənməsi və təhlükəsizliyə tövhə vermək üçün Kiyev neytral statusunu qoruyub saxlamalıdır.

 

S. Lavrov Ukraynada münaqişə bölgəsindən ağır texnikanın geri çəkilməsi məsələsinə də toxunub. O, Donbassda silahların geri çəkilməsi prosesində inkişafın olduğunu qeyd edib: “Moskva bu prosesin möhkəmlənəcəyinə ümid edir. Bu gün də yaxşı xəbərlər aldıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR