APA-nın xəbərinə görə, bunu MDB İcra Komitəsinin sədri, icraçı katib Sergey Lebedev deyib. O, Gürcüstanın baş naziri Bidzina İvanişvilinin bu barədə bəyanatlarının ümidverici olduğunu söyləyib.
S. Lebedev qeyd edib ki, B. İvanişvili MDB ölkələri ilə əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək niyyətində olduqlarını açıqlayıb. Bu, onu göstərir ki, Gürcüstanın MDB ölkələri ilə əməkdaşlığına əlavə stimul veriləcək. Onun fikrincə, bu cür əməkdaşlıq həm Gürcüstan, həm də MDB üzvləri üçün faydalıdır. S. Lebedev hazırda Gürcüstanın MDB çərçivəsində 70-dən çox müqavilə və sazişdə iştirak etdiyini vurğulayıb.