APA-nın məlumatına görə, bu barədə Ermənistanın «Lragir» qəzeti bu ölkənin Miqrasiya Xidmətinə istinadən məlumat yayıb.
Ümumilikdə son 3 ildə Ermənistan əhalisinin 5-i ölkəni tərk edib.
Cari ilin 11 ayı ərzində Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərdən 71374 nəfər çox olub. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur.