Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyada ABŞ-n rəhbərlik beynəlxalq koalisiyanın mümkün məqsədini açıqlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, VII Beynəlxalq Təhlükəsizlik Konfrasında çıxış edən S. Şoyqu beybəlxalq koalisiyanın Suriyada əsas məqsədinin terrorçuları məhv etmək olmadığını söyləyib: “Güclü koalisiya qruplaşmasının terrorçuların öhdəsindən gələ bilməməsinə inanmaq çətindir. Görünür, onların məqsədi başqa olub. Məqsəd regionda vəziyyəti çətinləşdirmək və öz hərbi və iqtisadi mövcudluğunu möhkəmləndirmək olub”.
S. Şoyqu Rusiya Hava Kosmik Qüvvələrinin əməliyyatlara başlamasından və İran, Rusiya və Türkiyənin iştirakı ilə həqiqi antiterror alyasının yaradılmasından sonra Suriyada vəziyyətin dəyişdiyini bildirib. O, İŞİD-in Suriya və İraqda darmadağın edilməsindən sonra terrorçuların digər regionlara axın etdiyi söyləyib: “Afrikada terror faəllığı artır. Cihadçılar Asiya və Avropaya qayıdırlar. Nəticədə transsərhəd cinayətkarlığı artır".