Bank Of Baku

Tacikistan vətəndaşları Rusiyada 3 illik iş icazəsi ala biləcəklər

Tacikistan vətəndaşları Rusiyada 3 illik iş icazəsi ala biləcəklər
# 26 mart 2014 09:39 (UTC +04:00)

Bakı-APA. Tacikistan vətəndaşları Rusiyada 3 il müddətinə iş icazəsi ala biləcəklər.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya Federasiya Şurası əmək fəaliyyətinə dair Rusiya-Tacikistan hökumətlərarası müqaviləni təsdiqləyib.

 

Müvafiq sənədə əsasən, bundan sonra Tacikistan vətəndaşları Rusiyada 3 il müddətində rəsmən əmək fəaliyyəti ilə məşğul ola biləcəklər.

 

Qeyd edək ki, hazırda Rusiyada xarici vətəndaşlara 1 illik iş icazəsi verilir.

 

Rusiya ərazisində 1,3 milyon nəfər Tacikistan vətəndaşının olduğunu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR