Bank Of Baku

Turçinov: “Rusiya Ukraynanın şərqindəki terrorçuları dövlət səviyyəsində əlaqələndirir və dəstəkləyir”

Turçinov: “Rusiya Ukraynanın şərqindəki terrorçuları dövlət səviyyəsində əlaqələndirir və dəstəkləyir”
# 24 aprel 2014 18:14 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə  Turçinovun müraciətində bildirilir.

 

“Real təhlükəni nəzərə alaraq biz antiterror əməliyyatı bərpa etdik. Dinc vətəndaşların qorunması və terror təhlükəsinin tam aradan qaldırılması  məqsədilə əməliyyat sistemli və ardıcıl şəkildə həyata keçirilir”, deyə Turçinov qeyd edib.   

 

Turçinov Rusiya Federasiyasının Ukraynanın şərqindəki terrorçuları açıq şəkildə əlaqələndirdiyini və dəstəklədiyini bəyan edib.

 

“Rusiya heç bir əsası olmadan həyasızcasına Ukraynanın daxili işlərinə qarışır. Rusiya vətəndaşları öz ərazilərində daim terror hücumlarına məruz qaldıqları halda Moskva Ukraynada terroru dövlət səviyyəsində dəstəkləyir”, deyə Turçinov vurğulayıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR