Bank Of Baku

Ukrayna DİN Slavyansk yaxınlığındakı çaydan deputatın cəsədinin tapıldığını təsdiqləyib

Ukrayna DİN Slavyansk yaxınlığındakı çaydan deputatın cəsədinin tapıldığını təsdiqləyib
# 23 aprel 2014 02:35 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN açıqlamasında bildirilir.  

 

“Bu gün qətlə yetirilmiş 2 şəxsdən birinin tanınması proseduru olub. Onlardan birinin  Qorlov şəhər şurasının “Batkivşina” partiyasından olan deputat Vladimir Rıbak olduğu məlum olub. Hər ikisinin ölümünə səbəb işgəncələr zamanı yetirilmiş çoxlu xəsarətlər və hələ həyatda olarkən huşsuz halda çayda boğdurulması olub”, deyə açıqlamada bildirilir.  

 

Açıqlamada həmçinin bildirilir ki, istintaqın materiallarına əsasən, Rıbakı və ikinci şəxsi işgəncələr verərək qətlə yetirənlər Slavyansk şəhərində Təhlükəsizlik Xidmətinin binasını ələ keçirən şəxslərdir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR