Bakı-APA. Ukraynanın Jitomir həbsxanasında 52 insanı qətlə yetirdiyinə görə 1996-cı ildə ömürlük həbs cəzasına məhkum olunmuş Anatoliy Onopriyenko ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Penitensiar Xidmətinin Jitomir İdarəsinin açıqlamasında deyilir.
İlkin məlumata görə, 54 yaşlı manyak ürək tutmasından keçinib.
Qeyd edək ki, ömürlük həbs cəzası çəkən Onopriyenko qətlləri 1989-1996-cı illərdə törədib.