Bank Of Baku

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı azad edilib

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı azad edilib
# 20 mart 2014 10:45 (UTC +04:00)

Onlar martın 20-də səhər Krımla qonşu olan Xerson vilayətinin Çonqar qəsəbəsində sərbəst buraxılıblar.

 

Ümumilikdə 7 nəfər azad edilib, onların arasında « Avtomaydan » fəalı, Ukraynanın sabiq müdafiə naziri, siyasətçi Anatoli Qritsenkonun oğlu Aleksey Qritsenko da var.

 

« Azadlıq » Radiosunun məlumatına görə, azad edilənlər kiminləsə dəyişdirilib. Lakin onların kiminlə dəyişdirildiyi dəqiqləşməyib.

 

Ukrayna HDQ komandanı S. Qayduk martın 19-da hərbi-dəniz qüvvələrinin Sevastopoldakı qərargahında yerli özünümüdafiə dəstələri tərəfindən girov götürülüb.

 

Sevastopol prokurorluğundan S. Qaydukun müvəqqəti saxlandığını, ona suallar olduğu açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR