APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Yevgeniy Perebeynis deyib.
Onun sözlərinə görə, müvafiq qərar konsulluq şöbəsinə aid olmayacaq.
“Səfirliyin ştat vahidinin azaldılacağı haqda məlumat doğrudur, lakin azalmanın 75% olacağı doğru deyil”, - deyə Perebeynis vurğulayıb.
XİN nümayəndəsi onu da qeyd edib ki, səfirlik əməkdaşlarının sayının azaldılması Rusiyada olan ukraynalıların hüquqlarının qorunumasına qətiyyən təsir etməyəcək.