Bank Of Baku

Ukrayna Rusiyadan qaz almağı dayandırıb

Ukrayna Rusiyadan qaz almağı dayandırıb
# 25 noyabr 2015 14:24 (UTC +04:00)

Bakı – APA. Ukrayna Rusiya Federasiyasından təbii qaz almağı dayandırıb.

 

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk deyib. “Hökumətin qərarı ilə “Naftoqaz”a tapşırılıb ki, Rusiya qazını almağı dayandırsın. Rusiyalılar isə səhv salıblar: qazı onlar kəsmir, biz onlardan qaz almırıq”, - deyə o, söyləyib.

 

A. Yatsenyuk bildirib ki, avropalı tərəfdaşların təklif etdikləri qiymət Ukraynanın şərq qonşusunun qoyduğu qiymətdən sərfəlidir. O, cari ildə ölkədə ümumi qaz istehlakının 20% azaldığını da qeyd edib. Baş nazir bəyan edib ki, hökumətin məqsədi 10 il ərzində Ukraynanın enerji müstəqilliyinə tam nail olmaqdır.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR