Bank Of Baku

Ukrayna XİN: ATƏT nümayəndələrini azad etmək üçün plan hazırlanıb

Ukrayna XİN: ATƏT nümayəndələrini azad etmək üçün plan hazırlanıb
# 29 aprel 2014 14:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Donetsk vilayətinin Slavyansk şəhərində terrorçular tərəfindən ələ keçirilən ATƏT-in hərbi missiyasının nümayəndələrini azad etmək üçün Ukraynanın dəqiq planı var. APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna xarici işlər nazirinin müavini Danilo Lubkivski keçirdiyi brifinqdə deyib. “Girovların sərbəst buraxılması üçün biz dəqiq plan hazırlamışıq”, - deyə o, bildirib.

 

Diplomat qeyd edib ki, plan ATƏT-in Kiyevdəki nümayəndələri ilə əlaqəli şəkildə hazırlanıb. Lakin D. Lubkivski planın nədən ibarət olduğunu açıqlamaqdan imtina edib və yalnız onu əlavə edib ki, bura bu bir sıra zəruri tədbirlər daxildir: “Biz ümid edirik ki, girovlar mümkün qədər tez azad olunacaq".

 

Qeyd edək ki, ATƏT-in baş katibi Lamberto Zanyer məsələ ilə əlaqədar hazırda Ukraynada səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR