Bank Of Baku

Ukraynada “Alfa” xüsusi təyinatlı dəstəsinin komandirləri vəzifədən uzaqlaşdırılıb, 3 zabit haqqında cinayət işi açılıb

Ukraynada “Alfa” xüsusi təyinatlı dəstəsinin komandirləri vəzifədən uzaqlaşdırılıb, 3 zabit haqqında cinayət işi açılıb
# 30 aprel 2014 14:38 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin səlahiyyətlərini icra edən Sergey Paşinski deyib.

 

S. Paşinski bildirib ki, Baş Prokurorluq antiterror əməliyyatı zamanı əmrləri yerinə yetirməkdən və atəş açmaqdan imtina edən “Alfa”nın 3 komandirinə qarşı cinayət işi açıb. O, “Alfa”nın bütün rəhbərliyinin işdən uzaqlaşdırıldığını və onlar barəsində xidməti təhqiqat aparıldığını söyləyib.

 

S. Paşinski hazırda Daxili İşlər Nazirliyi sistemində rotasiya həyata keçirildiyini qeyd etsə də, təəssüflə vurğulayıb ki, Donetsk və Luqansk vilayətlərində çalışan, əksəriyyəti qeyri-peşəkar olan və korrupsiyaya qurşanmış 4 min milisin tezliklə dəyişdirilməsi mümkün deyil. Bu səbəblə ölkənin bütün vilayətlərində (27) ərazi müdafiə taborları yaradılması qərara alınıb. Hazırda separatçıların ən aktiv olduğu Donetsk və Luqansk vilayətlərində bu taborlar 3 min nəfərdən ibarət olacaq. Taborlar Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərəcək və Baş Qərargaha, eləcə də yerli vilayətlərin rəhbərlərinə tabe olacaq.

 

Qeyd edək ki, Ukrayna təhlükəsizlik orqanlarında və orduda çoxlu sayda Rusiya casusunun fəaliyyət göstərdiyi güman olunur. Ukraynanın baş naziri Arseni Yasenyuk Yanukoviçin hakimiyyəti dövründə Ukraynada təhlükəsizlik sisteminin və Silahlı Qüvvələrin məqsədyönlü şəkildə dağıdıldığını bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR