Bakı-APA. Ukraynanın Kiyev vilayətinin Pereyaslavl-Xmelnitski şəhərində yerləşən yanacaq-doldurma stansiyasında bu gün baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Ukrayna FHN-in açıqlamasında bildirilir ki, partlayış nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb, xəsarət alanlardan bir nəfərin vəziyyəti ağırdır.
İlkin versiyaya görə, partlayışa səbəb yanacaq-doldurma stansiyasının inşası zamanı yol verilmiş nöqsanlar və ya yanğın təhlükəsizliyi qaydalarının pozulması olub.