Bank Of Baku

Ukraynanın keçmiş energetika nazirinin evində 42 kq qızıl və 4,8 mln dollar aşkarlanıb - FOTO

Ukraynanın keçmiş energetika nazirinin evində 42 kq qızıl və 4,8 mln dollar aşkarlanıb - <span style="color: red;">FOTO
# 22 mart 2014 17:47 (UTC +04:00)

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN rəhbəri Arsen Avakov “Facebook” səhifəsində bildirib.  

 

Nazir qeyd edib ki, Eduard Stavitskinin evində keçirilmiş axtarış zamanı 42 kq qızıl sikkələr, 4,8 mln dollar məbləğində nağd pul, brilyanta bənzər qiymətli daşlarla dolu kisəciklər, çoxlu sayda zinət əşyaları və dünyanın ən bahalı brendlərinə məxsus 16 ədəd saat aşkarlanıb.  

 

Bundan başqa, axtarış zamanı daşınmaz əmlak, müxtəlif şirkətlərdə paylar, torpaq sahələrinə dair  çoxlu sənədlər, həmçinin, bank kartları və bank hesablarına dair sənədlər aşkarlanıb.  

 

Qeyd edək ki, Ukraynanın keçmiş energetika nazirinin mənzillərində və ofislərində axtarış Baş Prokurorluq, DİN əməkdaşları tərəfindən Energetika Nazirliyinin vəzifəli əməkdaşları tərəfindən dövlət mülkiyyətinin talanması faktı üzrə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR