Bank Of Baku

Ukraynanın müdafiə naziri: “Ukrayna Silahlı Qüvvələri zəruri ehtiyatlarını bərpa edib və müdafiəyə hazırdır”

Ukraynanın müdafiə naziri: “Ukrayna Silahlı Qüvvələri zəruri ehtiyatlarını bərpa edib və müdafiəyə hazırdır”
# 17 mart 2014 12:01 (UTC +04:00)

APA-nın “korrespondent.net” portalına istinadən verdiyi məlumata görə, bunu Ukrayna müdafiə naziri səlahiyyətlərinin icraçısı İqor Tenyux deyib.

 

İ. Tenyux bildirib ki, martın 17-nə olan duruma əsasən Ukrayna Silahlı Qüvvələri zəruri ehtiyatlarını bərpa edib və öz funksiyalarını yerinə yetirməyə hazırdır: “Ukrayna ordusu şimal istiqamətində qüvvələr nisbətini bərabərləşdirib, cənub istiqaməti gücləndirilib və hazırda şərq istiqamətinin gücləndirilməsi davam etdirilir. Bu gün silahlı qüvvələrimiz Rusiya tərəfinin yerdəyişmələrinə uyğun olaraq qərbdən cənuba qədər müəyyən rayonlarda yerləşdirilib. Şimal, cənub və şərqdə qısa müddət ərzində bütün lazımi resursları bərpa edərək qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırıq”.  

 

İ. Tenyux Rusiyanın Ukrayna sərhədləri yaxınlığında 60 mindən çox canlı qüvvə cəmləşdirdiyini söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR