Bank Of Baku

Uralda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb

Uralda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb
# 02 iyul 2016 20:36 (UTC +04:00)

Bakı-APA. Rusiyada magistral elektrik xəttində baş vermiş qəza nəticəsində  “Başqırdıstan Elektrik Şəbəkəsi” şirkəti tərəfindən elektrik enerjisinin verilişində fasilə yaranıb.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  nəticədə Ural regionunda 1 milyondan çox sakin elektrik enerjisiz qalıb.

 

“Ümumilikdə  1.138.200 nəfər işıqsız qalıb”, - deyə şirkətin məlumatında bildirilir.

 

Məlumata görə, Başqırdıstanda 703,4 min, Çelyabinsk vilayətində 430 min, Orenburq vilayətində 4,8 minədək sakin elektrik enerjisiz qalıb.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR