Bank Of Baku

Valeri Çalıy: “Avropanın 10-dan çox ölkəsi Ukraynaya silah verir”

Valeri Çalıy: “Avropanın 10-dan çox ölkəsi Ukraynaya silah verir”
# 10 iyul 2015 18:18 (UTC +04:00)

Bakı-APA. “Avropanın 10-dan çox ölkəsi Ukraynaya silah verir”

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.

 

“Biz silah əldə edirik, ö cümlədən letal silahları. Və heç kim bunu müstəqil Ukraynaya qadağan edə bilməz. Başqa məsələdir ki, adətən dövlətlərin adları açıqlanmır. Lakin deyə bilərəm ki, tək Avropadan belə ölkələrin sayı 10-dan çoxdur”, deyə Valeri Çalıy bildirib.

 

Səfirin sözlərinə, ABŞ Ukraynaya silah verilməsini dəstəkləyir: “ABŞ hazırda Ukraynaya zirehli texnika, hərbi rabitə vasitələri, gecə görmə cihazları, radarlar, tibbi avadanlıq verir, kosmik kəşfiyyat məlumatları ilə bölüşür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR