Bank Of Baku

Rusiyada göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışı dayandırılıb

Rusiyada göyərtəsində azərbaycanlıların da olduğu gəminin axtarışı dayandırılıb
# 29 yanvar 2018 18:26 (UTC +04:00)

Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları dayandırılıb.

 

APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.

 

“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.

 

"Vostok" balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəmidə Rusiya vətəndaşı olan iki azərbaycanlı - Mübariz Hüseynov və Ruslan Əlizadə olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR