Bank Of Baku

Yeni il ərəfəsində Gürcüstandakı benzindoldurma məntəqələrində yanacaq ucuzlaşıb

Yeni il ərəfəsində Gürcüstandakı benzindoldurma məntəqələrində yanacaq ucuzlaşıb
# 17 dekabr 2012 21:52 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia   Petrelium” müştərilərə yeni il hədiyyəsi edib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanda Yeni il aksiyası çərçivəsində şirkət öhdəsində olan benzin doldurma şəbəkələrində yanacağın qiymətini əhəmiyyətli dərəcədə aşağı endirəcək. Yaxın günlərdə “Vissol” şirkəti də yanacaq məhsullarını aşağı qiymətə aşağı satacaq. Ölkədə dekabrın 17-dən müxtəlif şirkətlərdə benzinin qiyməti ucuzlaşıb. “Lukoil” şirkətinin benzindoldurma məntəqələrində yanacağın qiyməti 4-5 tetri (0, 02 və 2,5  qəpik) aşağı düşüb. “Avro super” və “premium avanqard” benzinləri 5 tetri (0, 05 AZN) azaldılıb və bir litrin qiyməti 2,22 və 2, 18 lari (təxminən 1, 10 AZN) olub. “Avro requlyar” və “Avro dizel” isə 4 tetri (0, 02 AZN) ucuzlaşıb. “Qalf” şirkəti isə yalnız “Avro requlyar” və dizel yanacağının qiymətini 4 tetri (0, 02 AZN) aşağı endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR