Bank Of Baku

Yuliya Timoşenko Viktor Yanukoviçi teledebata çağırıb

Yuliya Timoşenko Viktor Yanukoviçi teledebata çağırıb
# 12 fevral 2014 13:36 (UTC +04:00)

Bakı – APA. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko prezident Viktor Yanukoviçi teledebata çağırıb.

 

APA-nın məlumatına görə, bu barədə Ukraynanın müxalif “Batkivşina” partiyasının mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir.

 

“Mən Viktor Yanukoviçə müraciət edirəm. Əgər o, debatlar istəyirsə, mən hazıram”, - deyə Y.Timoşenko vurğulayıb.

 

Sabiq baş nazir qeyd edib ki, onun üçün debatların harada keçiriləcəyi önəmli deyil. Buna görə də Y.Timoşenko variantlardan biri kimi hazırda müalicə olunduğu xəstəxanadan videokonfrans təşkil etməyi təklif edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR