Bank Of Baku

Yaponiya ABŞ-la kosmos və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq edəcək

Yaponiya ABŞ-la kosmos və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq edəcək
# 04 iyun 2019 17:17 (UTC +04:00)

Rəsmi Tokio və Vaşinqton kosmos və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı fəallaşdıracaq.

ONA TASS-a istinadən xəbər verir ki, müvafiq razılaşmaya Yaponiyanın müdafiə naziri Takesi İvaya və ABŞ müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən Patrik Şanahan arasında baş tutan danışıqların nəticəsində nail olunub.

Məlumata görə, danışıqlar zamanı T. İvaya vurğulayıb ki, kosmos indiki mövcud reallıqda həlledici sahəyə çevrilib. Tərəflər həmçinin Çin və Şimali Koreya raket proqramına dair məsələlərdə əməkdaşlıq etməyə razılaşıblar.

Qeyd edək ki, Yaponiyada rəsmi səfərdə olan ABŞ-ın müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən Patrik Şanahan bundan öncə baş nazir Sindzo Abe və xarici işlər naziri Taro Kono ilə danışıqlar aparıb. Danışıqlar zamanı qeyd edilib ki, Yaponiya-ABŞ alyansı Asiya-Sakit okean regionunda sülh və stabilliyin əsasını təşkil edir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR