Bank Of Baku

Mədəniyyətşünaslıq üzrə elmi Metodik Mərkəz Rusiya Kulturologiya İnstitutu ilə üç il müddətində əməkdaşlıq edəcək

Mədəniyyətşünaslıq üzrə elmi Metodik Mərkəz Rusiya Kulturologiya İnstitutu ilə üç il müddətində əməkdaşlıq edəcək
# 23 sentyabr 2009 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə elmi Metodik Mərkəz Rusiya Kulturologiya İnstitutu ilə üç il müddətində əməkdaşlıq edəcək. APA-nın məlumatına görə, bu gün Mədəniyyət və Turizm Nazirliyində Mədəniyyətşünaslıq üzrə elmi Metodik Mərkəzin direktoru Vilayət İsmayılovla Rusiya Kulturologiya İnstitutunun direktoru Kiril Razluqov arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. İmzalanma mərasimində iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qədim ənənələrə malik bu institutla əməkdaşlığın fayda verəcəyini bildirib. Nazir qeyd edib ki, bu ölkəmizdə ilk addımlarını atan kulturologiya elminin inkişafına təkan verəcək. Kulturologiya İnstitutunun direktoru Kiril Razluqov da üç il ərzində qarşılıqlı informasiya mübadiləsi və tədqiqatların aparılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR