Bank Of Baku

Məmmədrza Şeyxzamanovun 95 illik yubileyi münasibətilə tədbir keçirilib

Məmmədrza Şeyxzamanovun 95 illik yubileyi münasibətilə tədbir keçirilib
# 23 sentyabr 2009 14:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Muzey Mərkəzində Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, teatr və kino aktyoru Məmmədrza Şeyxzamanovun 95 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən kinoşünas Aydın Kazımzadə M. Şeyxzamanovun həyat və yaradıcılığından danışıb. A. Kazımzadə bildirib ki, M. Şeyxzamanov teatrda müxtəlif tamaşalarda oynamaqla yanaşı, filmlərə də çəkilib: “O, ilk olaraq “Bəxtiyar” musiqili kinokomediyasında çəkilib və professor Rəcəbov rolunu ifa edib. Bundan sonra “Qızmar günəş altında” filmində Əmir, “Bir qalanın sirri” film-nağılında həkim Eldostu, “Onu bağışlamaq olarmı?” melodramında polkovnik Qurbanov, “Leyli və Məcnun” film-dastanında dərviş, “Böyük dayaq”da raykom katibi rollarını oynayıb və bir sıra başqa obrazlar yaradıb”.

Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev isə əlavə edib ki, “Əhməd haradadır?” kinokomediyasında Şirin kişi, “Liftçi qız”da rəssam, “Gilas ağacı”nda Qulam baba, “Nəsimi”də Şeyx Əzəm, “Tütək səsi”ndə İsfəndiyar kişi, “Qızıl uçurum”da Qurban kişi obrazları M. Şeyxzamanovun ən maraqlı kino işləridir.

Qeyd edək ki, M. Şeyxzamanov 1984-cü ildə 69 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR