Bank Of Baku

Azərbaycan Muzey Mərkəzinin veb-saytı hazırlanıb

Azərbaycan Muzey Mərkəzinin veb-saytı hazırlanıb
# 24 sentyabr 2009 07:53 (UTC +04:00)
Bakı.Ülkər Qasımova – APA. UNESCO-nun Moskva Bürosunun “Rusiya muzeyi: virtual filial” layihəsi çərçivəsində Muzey Mərkəzinin veb-saytı hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, www.museumcenter.az internet ünvanın dizaynı ciddi klassik üslubda tərtib olunub.
Sayt geniş axtarış sistemi ilə təchiz olunub. Saytın yaradılmasında partnyor qismində Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Moskva Bürosu, Dövlət Rus Muzeyi və UNESCO işləri üzrə Azərbaycan Respublikasının Milli Komissiyası iştirak edib. Vebsayt Bakıda 2007-ci ildə yaradılmış “Rusiya muzeyi: virtual filial” İnformasiya-Tədris Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin fəaliyyəti haqqında dolğun məlumata malik olaraq, həmçinin bir qrup ölkələr ərazisində və ondan xaricdə Muzey Mərkəzinin vahid mədəniyyət-informasiya məkanına inteqrasiya vasitəsi kimi çıxış edir. Qeyd edək ki, təqribən 10 ildir ki, Muzey Mərkəzi öz fəaliyyətinə kompüter texnologiyalarının tətbiqini nəzərdə tutan işlərə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR