Bank Of Baku

Azərbaycanlı memar gənc memarların beynəlxalq müsabiqəsində fərqlənib

Azərbaycanlı memar gənc memarların beynəlxalq müsabiqəsində fərqlənib
# 24 sentyabr 2009 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı memar Elmir Hüseynov gənc memarların Belarusun paytaxtı Minskdə keçirilən “Leonardo-2009” beynəlxalq müsabiqəsində fərqlənib. APA-nın məlumatına görə, onun “Abşeron yarımadasında ikimərtəbəli bağ evi” layihəsi Moskva Memarlar İttifaqının diplomuna layiq görülüb. Azərbaycan Urbanistləri Cəmiyyətinin təqdim etdiyi bu layihə “Birmənzilli və azmərtəbəli yaşayış evləri” nominasiyasında qalib gəlib. Qeyd edək ki, bu nominasiya üzrə qran-prini alman memarlar Ralf Brandt və Martin Simon qazanıblar. Növbəti “Leonardo” biennalesi 2011-ci ildə Tokioda, Beynəlxalq Memarlar İttifaqının konqresi ilə eyni vaxtda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR