Bank Of Baku

“Arşın mal alan” tamaşası Samsun Opera və Balet Teatrında səhnəyə qoyulacaq

“Arşın mal alan” tamaşası Samsun Opera və Balet Teatrında səhnəyə qoyulacaq
# 24 sentyabr 2009 10:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası Türkiyənin Samsun şəhər Opera və Balet Teatrında səhnəyə qoyulacaq. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev Samsun teatrından dəvət alıb. H. Quliyev noyabrın ortalarında Samsun şəhərinə yollanacaq və 1 ay ərzində tamaşa üzərində çalışacaq. Tamaşanın premyerası dekabrda keçiriləcək.

Qeyd edək ki, tamaşa bir neçə il əvvəl Ankara Dövlət Operasında Hafiz Quliyev tərəfindən uğurla səhnəyə qoyulub və indiyə kimi həmin teatrın repertuarındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR