Bank Of Baku

Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edilib

Xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə  həsr olunmuş müsabiqə elan edilib
# 25 sentyabr 2009 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Gənclər və İdman Nazirliyi Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə gənc rəssamlar arasında Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyinə həsr olunmuş müsabiqə elan edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclər arasında Səttar Bəhlulzadə yaradıcılığının və bədii irsinin təbliğinin genişləndirilməsi, Azərbaycan təsviri sənətinə, mədəniyyətinə və incəsənətinə marağın artırılması, təsviri sənət sahəsində yeni istedadların aşkar edilməsi, gənc rəssamların yaradıcılıq fəaliyyətlərinin inkişaf etdirilməsi və onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasıdır. Lirik mənzərələr, təbiət motivləri Səttar yaradıcılığının əsasını təşkil etdiyi üçün müsabiqə də məhz bu janrı əhatə edir. Müsabiqədə 16-29 yaşı olan gənclər iştirak edə bilər. Bunun üçün iştirakçı müsabiqənin mövzusuna uyğun, məqsəd və şərtlərinə cavab verən əsər təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR