Bank Of Baku

Dövlət Opera və Balet Teatrında “Düyməcik” uşaq baletinin təqdimatı keçirilib

Dövlət Opera və Balet Teatrında “Düyməcik” uşaq baletinin təqdimatı keçirilib
# 25 sentyabr 2009 12:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Dövlət Opera və Balet Teatrında “Düyməcik” uşaq baletinin mediaya təqdimatı keçirilib. APA-nın məlumatına görə, “Uşaq ili” çərçivəsində hazırlanan tamaşa dünya şöhrətli Avstriya bəstəkarı Yohann Ştrausun musiqisi və nağılçı Hans Xristian Andersenin nağılları əsasında səhnəyə qoyulub. Balet quşlar və çiçəklər aləmindəki möcüzəli çiçəkdən həyata göz açan balaca qızcığaz Düyməciyin həyatından bəhs edir.

“Düyməcik” baleti Opera və Balet Teatrı ilə Bakı Xoreoqrafiya Məktəbinin birgə layihəsidir. Tamaşada teatrın balet truppasının sənətçiləri ilə birlikdə Xoreoqrafiya Məktəbinin şagirdləri də çıxış edir. Opera və Balet Teatrının rəhbərliyi balet-tamaşaya quruluş vermək üçün tanınmış rusiyalı xoreoqraf Liva Sabitovanı Azərbaycana dəvət edib. Səhnə tərtibatı və kostyum eskizlərini hazırlamaq üçünsə Rusiya Akademik Böyük Teatrının rəssamı Dmitri Çerbadjin dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru teatrın baş dirijoru, xalq artisti Cavanşir Cəfərovdur.

“Düyməcik” balet-tamaşasının geniş premyerası oktyabrın 27-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR