Bank Of Baku

Azərbaycan Fotoqraflar Birliyinə yeni üzv qəbul olunan gənc fotoqrafların sərgisi keçirilib

Azərbaycan Fotoqraflar Birliyinə yeni üzv qəbul olunan gənc fotoqrafların sərgisi keçirilib
# 25 sentyabr 2009 20:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Fotoqraflar Birliyinə yeni üzv qəbul olunan fotoqrafların sərgisi açılıb.

APA-nın məlumatına görə, artıq birliyin 80-ə yaxın üzvü var. Fotoqraflar Birliyinin yeni sədri Asiyət Fətullayeva bildirib ki, gənc fotoqrafların bu sənətə həvəsi onu çox sevindirir: “Bütün gənc fotoqraflar adına sevinirəm. Gənc olmalarına baxmayaraq, bu gün təqdim etdiyimiz işləri çox dəyərli və yüksək səviyyəlidir”.

Sərgidə Aynur Əliyeva, Diana Kuramşinoy, İlkin Hüseynov, Cavidan Axundov, Məcid Əliyev, Nəzrin Məmmədova, Rövşən Kərimov və Zamir Süleymanovun fotoları nümayiş olunub. Gənc fotoqrafların işlərinə isə Sənan Ələsgərov, Fərid Məmmədov, Mirnaib Həsənoğlu və Asiyət Fətullayevadan ibarət münsiflər heyəti baxıb.

Onu da bildirək ki, Fotoqraflar Birliyi üç aydan bir yeni üzvlər qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR