Bank Of Baku

Rəfael Dadaşov: “Yaradıcılığımda yeni heç nə yoxdur”

Rəfael Dadaşov: “Yaradıcılığımda yeni heç nə yoxdur”
# 26 sentyabr 2009 09:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Azərbaycanda hazırda film çəkilmir. Bir-iki rejissor sponsor tapıb film çəkirsə, bu o demək deyil ki, film çəkilir. Filmlərə çəkilmək təklifi də almıram. Yalnız müəyyən televiziya layihələrinə dəvət alıram. Yəni bir sözlə, yaradıcılığımda yeni heç nə yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti Rəfael Dadaşov deyib. O bildirib ki, hazırda əsaslı təmirə dayanmış Azərbaycan Dövlət Akademik Milli Teatrı bağlı olduğundan intensiv yaradıcı proses yoxdur: “Pərakəndə bir vəziyyət yaranıb. Yeni tamaşa, yeni rollar da yoxdur. Ancaq özümdə işləmək, yaratmaq gücü hiss edirəm”.

R. Dadaşov gənclik illərindən bəri siyasi xadim obrazını yaratmaq istədiyini söyləyib: “Hələ 90-cı illərin əvvəllərində çoxlarının yanında demişəm ki, Heydər Əliyevin obrazını yaratmaq istərdim. Repertuarda belə bir obraz olsa, məmnuniyyətlə və sevə-sevə yaradırdım. Hələ o zaman Heydər Əliyev sağ-salamat idi, ancaq belə bir obraz oynamaq istəyirdim o zamandan bəri. Əlbəttə ki, prototip olaraq onun özünü oynaya bilmərəm, sadəcə, obraz olaraq yaratmaq istərdim. Klassik obraz kimi isə ən böyük arzum Otellonu yaratmaqdır”.

Bir müddət əvvəl səhhətində problemlər yaşayan aktyor hazırda özünü çox yaxşı hiss etdiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR