Polad Bülbüloğlu “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu” adlı yeni diskinin təqdimatını keçirib - FOTOSESSİYA
Bakıda Bülbül Fondunda yeni diskinin təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu” adı altında işıq üzü görən diskdə Azərbaycan xalq mahnılarını toplanıb. Bu xalq mahnıları Bülbülün ifa etdiyi, indi isə onun oğlu Polad Bülbüloğlunun ifasında hazırlanmış musiqilərdir. Polad Bülbüloğlu tədbirə gələnlərə təşəkkürünü bildirib. Xalq artisti çıxışında səhnə üçün çox darıxdığını deyib, “Bağçada güllər”, “Gülə-gülə”, “Girdim yarın bağçasına” və daha bir neçə xalq mahnısını ifa edib.
Onu xalq artisti, bəstəkar Siyavuş Kərimi, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov müşayiət ediblər. Polad Bülbüloğlu onu alqışlarla qarşılayan iştirakçılara “deyəsən yaman darıxmısınız. Burda olanda heç mənim qədrimi bilmirdiniz” deyib.
Polad Bülbüloğlıu bildirib ki, diskdə toplanan mahnıları Siyavuş Kərimi ilə birgə hazırlayıb: “Diskdə yer alan 12 mahnını Siyavuşla birgə, iki mahnını isə Moskvada yazdırmışam. Bu disk satılmaq üçün deyil, ancaq dostlara hədiyyədir. Diskin pirat versiyasının hazırlanmasından çox narahatam. Bu disk satışda olmayacaq. Diski satışda görsəniz bilin ki, əsil variantı yox, piratdır. Diski əldə etmək istəyənlər üçün isə onu şəxsi veb-saytımda yerləşdirəcəyəm. Hesab edirəm ki, bu mahnılar Azərbaycan musiqisinin inciləridir”. P. Bülbüloğlu çıxışında diskin sonunda “Xarı Bülbül...” haqqında kiçik məqalə yazıldığını qeyd edib. O, diskin İstanbulda, daha sonra isə Moskvada təqdimatını keçirməyi düşündüyünü də bildirib.
Tədbirdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də çıxış edib: “Bu gün çox gözəl bir gündür. Böyük Bülbülün varisi və davamçısı olan hörmətli dostumuz Polad müəllim tərəfindən hazırlanmış xüsusi bir layihə təqdim olunur. Azərbaycan xalq mahnıları Bülbülün ifasında hər birimiz üçün bir zirvədir. Polad müəllim böyük cəsarət nümayiş etdirərək böyük Bülbülün yanında öz istedadını nümayiş etdirmək qərarına gəlib”.
Xalq artisti Arif Babayev Polad Bülbüloğlunun xalq mahnılarını çox düzgün ifa etməsindən məmnunluq duyduğunu deyib: “Bu tarixdə qalacaq bir layihədir. Bunu yığmaq, hazırlamaq böyük cəsarət tələb edir”.
Təqdimat mərasiminə qatılan SSRİ-nin xalq artisti Zeynəb Xanlarova Polad Bülbüloğlunun yeni layihəsi ilə bağlı “görünən dağa nə bələdçi?” deməklə kifayətlənib.
P. Bülbüloğlu sonda bütün qonaqlara imzalı diskini hədiyyə edib.
Qeyd edək ki, “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu” adlanan diskdə P.Bülbüloğlunun ifasında “Həştərxan”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana”, “Bağçada güllər”, “Gülə-gülə”, “Xumar oldum”, “Seygah təsnifi”, “Şur təsnifi” kimi musiqilər yer alıb.
Mədəniyyət siyasəti
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək
Xəbər Lenti
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra ölüb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
Filippində hərbi təyyarələr havada toqquşub, 4 pilot ölüb - VİDEO
“Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilib
Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb
Şimali Koreya lideri Çinə səfər edib
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib
BDYPİ sürücülərə xəbərdarlıq edib
“Bitcoin”in qiyməti 81 min dollardan aşağı düşüb
Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib
ABŞ Yaxın Şərqin yeddi ölkəsində diplomatların ailə üzvlərinin çıxarılmasını tapşırıb
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Dünya bazarında neft kəskin bahalaşıb
Qəbələdə iki “Opel” toqquşub, 3 oğlan xəsarət alıb
ABŞ və Avropa fond bazarlarında eniş davam edib
Çexiya Prezidenti Rusiyanın sülh danışıqlarına hazır olmadığını bildirib
Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Almaniya minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyinin əməkdaşlarını təxliyə edir
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Rubio: Ukraynadakı müharibənin əsas mübahisə mövzusu Donbasdır