Bank Of Baku

Polad Bülbüoğlu: “Qorxma mən səninləyəm-2” filminin ssenarisi artıq hazırdır”

Polad Bülbüoğlu: “Qorxma mən səninləyəm-2” filminin ssenarisi artıq hazırdır”
# 28 sentyabr 2009 09:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. “Mənim üçün solo konsert bağlanmış kitabdır. Ancaq hərdənbir dostlarımız üçün, hər hansısa yubileydə kiçik çıxışlar edirəm. Artıq o qədər gənc, yeni ifaçılar var ki, mənə ehtiyac qalmayıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu deyib. Xalq artisti dərs vermədiyini bildirərək, tələbələrinin olmadığının da səbəblərini açıqlayıb: “İnzibati işlərlə əlaqədar, eyni zamanda Moskvada olduğum üçün dərs demək imkanım yoxdur. Bu səbəbdən də tələbəm yoxdur. Ancaq konsert verməməyim, dərs deməməyim o demək deyil ki, yaradıcılıqdan uzaqlaşmışam. Hazırda simfonik orkestrlər üçün layihə hazırlayıram. Artıq belə əsərlərdən yeddisi hazırdır. Bunların arasında “İnnabı”, “Kəklik”, “Qara tellər”, “Qaçaq Nəbi” kimi əsərlər var. Onların sayını 12-yə çatdırıb bir disk hazırlamağı düşünürəm. Bu isə “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu-2” olacaq”. P. Bülbüloğlu yeni klip çəkdirmək istəyini də gizlətməyib, ancaq bunun üçün ona vaxt lazım olduğunu dilə gətirib. Xalq artisti artıq “Qorxma mən səninləyəm-2” filminin ssenarisinin hazır olduğunu da qeyd edib: “Yuli Qusman filmlə bağlı artıq işlərə başlayıb. Hətta filmin ssenarisi də artıq hazırdır. Bir bəstəkar və rolların birinin ifaçısı kimi mütləq bu filmdə iştirak edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR