Bank Of Baku

Bəstəkarlar İttifaqının yeni binasında Üzeyir Hacıbəyli adına Kamera Salonunun açılışı keçirilib - FOTO

Bəstəkarlar İttifaqının yeni binasında Üzeyir Hacıbəyli adına Kamera Salonunun açılışı keçirilib - <font color=red>FOTO</font>
# 28 sentyabr 2009 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan Bəstəkarlar İttifaqının yeni binasında Üzeyir Hacıbəyli adına Kamera Salonunun açılışı keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. Nazir musiqisevərlərin ixtiyarına verilən yeni salonda tez-tez maraqlı konsertlərin keçirilməsini arzulayıb. O, bu ilin Bəstəkarlar İttifaqı üçün hesabat ili olduğunu vurğulayıb və ittifaqın 75 illiyi münasibətilə noyabrın sonlarından dekabrın sonlarına kimi silsilə tədbirlər keçiriləcəyini söyləyib: “Arzu edirəm ki, Azərbaycan bəstəkarlıq məktəbi Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev və digər dünya şöhrətli bəstəkarlarımızın qoyduğu yolla inkişaf etsin”.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə yeni salonda vaxtaşırı səviyyəli tədbirlər və konsertlər keçiriləcəyini deyib.

Mərasimdə Azərbaycan Dövlət Simli Kvartetin ifasında Üzeyir Hacıbəylinin “Arazbarı”, Aqşin Əlizadənin “Cəngi” və digər əsərlər səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR