Azərbaycanın aşıq sənəti və Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib
Müvafiq fayl hazırlanıb hökumətlərarası komitənin iclasında müzakirə olunmaq üçün UNESCO-ya təqdim olunduqdan sonra bu yolda atılmış növbəti addım aşıq sənətinin təbliği və inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlanması olub. Planın həyata keçirilməsi ilə bağlı dəyirmi masanın keçirilməsi, Aşıqlar birliyinin bərpası məqsədilə Aşıqların qurultayının keçirilməsi, aşıqların iştirakı ilə xarici ölkələrdə konsert proqramlarının təşkil olunması, Aşıqlar Birliyinin yaradılması, fəxri adların verilməsi, aşıqların yubileylərinin qeyd olunması, kitabların və notların çap edilməsi, orta və ali musiqi məktəblərində aşıq sənətinin tədris olunması istiqamətində geniş miqyaslı işlər görülüb. Bununla yanaşı, Azərbaycan dövləti və Fransanın “Maison des cultures du Monde” şirkətinin birgə əməkdaşlığı nəticəsində Azərbaycan və Fransada CD disklər buraxılıb, Fransanın Paris (Luvr muzeyində) və Strasburq şəhərlərində Azərbaycan aşıqları konsert proqramları ilə çıxış edib, həmçinin ölkə xarici və daxilində keçirilmiş bir sıra digər dövlət əhəmiyyəti tədbirlərə cəlb edilib, habelə bu istiqamətdə Nazirlik tərəfindən təşviqat işləri və lobbiçilik fəaliyyətləri həyata keçirilib. Azərbaycan dövlətinin, xüsusilə UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində cari ilin 28 sentyabr - 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində UNESCO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyasında UNESCO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib: “Bu gün biz Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyi”. Mətbuat katibi deyib ki, bununla yanaşı, Abu-Dabidən daha bir xoş xəbər daxil olub. Belə ki, Azərbaycanda dövlət səviyyəsində qeyd edilən Novruz bayramı da UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Novruz bayramının bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq təşkilatın tövsiyəsi ilə beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-ya təqdim edilib. Qeyd edək ki, 2003-cü ildə muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdi.
Mədəniyyət siyasəti
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb
Əməkdar artist Bəhruz Vaqifoğlu Pantomim teatrının quruluşçu rejissoru təyin edilib
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Xəbər Lenti
CBS: ABŞ sursat ehtiyatları ilə bağlı məlumat sızmasında xarici kəşfiyyat izindən şübhələnib
WP Sudan hökumətinin gizli kimyəvi silah ehtiyatlarına malik olduğunu iddia edir
Hakan Fidan Abbas Əraqçi ilə İran-ABŞ böhranını müzakirə edib
Putin-Uitkoff-Kuşner danışıqları başa çatıb - VİDEO - YENİLƏNİB-2
Ağdamda traktor minaya düşüb
SEPAH: ABŞ-la əlaqəli 3 gəmi və 3 neft tankeri hədəfə alınıb
Konqoda toy mərasimində baş verən yanğın nəticəsində azı 22 nəfər ölüb
Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub
Merz Almaniyanın sənaye sektorunda iş yerlərini itirdiyini etiraf edib
Zelenski: Uitkoff və Kuşner sentyabrın 6-da Kiyevə səfər edəcəklər
Putin: Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş rəsmi kanallarla daxil olub
KİV: Türkiyə ilə ABŞ arasında S-400 sistemləri ilə bağlı irəliləyiş əldə edilib
Niger Fransanı ölkədə hərbi qiyam törətməyə cəhddə ittiham edib
İranda yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb
Nigeriya hərbçiləri terrorçuların girov götürdüyü 36 nəfəri azad edib
Qubada bu il 200 tona yaxın bal istehsal edilib
Vətən müharibəsi iştirakçısı: Şuşada, Cıdır düzündə hər bir iz canlı tarixdir, belə yerlərə zərər vurmaq yolverilməzdir
Yunanıstanda aviaşou zamanı qırıcı təyyarə qəzaya uğrayıb, iki pilot ölüb - YENİLƏNİB
Şuşanın hər daşı milli yaddaşımızın bir parçasıdır, zərər vurmaq yolverilməzdir - RƏY
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib - VİDEO
Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq, Rusiyadan da eyni addımı gözləyirik
Vətəndaşları aldatmaqda ittiham olunan turizm şirkətinin rəhbəri həbs edilib
Nepalda daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas edilib
Bursada meşə yanğını başlayıb
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək - XƏBƏRDARLIQ
"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb
Fransanın Ermənistandakı səfiri dəyişib
Trampın nümayəndələri Moskvaya gəlib - YENİLƏNİB - FOTO
Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
“Sabah” klubu uşaq futbolunun inkişafı ilə bağlı 10 milyon manatlıq proqram yaradacaq
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib
Rusiya Donetskdə bir kəndi ələ keçirib
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Aİ-nin Ermənistana ticarət güzəştləri: iqtisadi qərar, yoxsa geosiyasi seçim? – TƏHLİL
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycandan Ermənistana 977 ton dizel ixrac olunub - YENİLƏNİB - VİDEO
“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib - VİDEO
Müşfiqabad hövzəsində yeni kanalizasiya kollektoru və təmizləyici qurğunun tikintisi davam edir
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək