Bank Of Baku

Bakıda “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil ediləcək

Bakıda “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil ediləcək
# 30 sentyabr 2009 14:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 13-15-də Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində keçiriləcək konfransda İKT-yə üzv ölkələrlə bərabər digər beynəlxalq təşkilatların və bir sıra Avropa dövlətlərinin nümayəndələri də iştirak edəcək. Konfransın ilk günü İKT üzvləri və bir sıra Avropa dövlətləri arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil olunacaq.
Qeyd edək ki, oktyabrın 9-10-da Bakıda İslam Dünyasının Mədəni Strategiyasının yerinə yetirilməsinə dair Məşvərətçi Şuranın IX iclası, oktyabrın 16-17-də isə TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR