Bank Of Baku

İstanbulda Polad Bülbüloğlunun diskinin təqdimatı olub

İstanbulda Polad Bülbüloğlunun diskinin təqdimatı olub
# 01 oktyabr 2009 10:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin İstanbul şəhərində Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlunun “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu” adı altında işıq üzü görən yeni diskinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, İstanbulun “Çırağan” Sarayında baş tutan təqdimat mərasimində Polad Bülbüloğlunun özü də iştirak edib. Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, “Fənərbağça” İdman Klubunun prezidenti Əziz Yıldırım və bir çox tanınmış sima iştirak edib. Qonaqları salamlayan P. Bülbüloğluna onlara təşəkkürünü bildirib. Gecədə çıxış edənlər azərbaycanlı sənətçi və diplomatın sənətinə, insanlığına böyük hörmət bəslədiklərini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. Mərasimdə P. Bülbüloğlu diskdə yer alan bir neçə xalq mahnısını oxuyub. O, tədbirin sonunda qonaqların hər birinə “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu” diskini hədiyyə edib.

Qeyd edək ki, diskin ilk təqdimatı ötən həftəsonu Bakıdakı Bülbül Fondunda keçirilmişdi. Diskdə vaxtilə Bülbülün ifa etdiyi xalq mahnıları Polad Bülbüloğlunun ifasında təqdim olunur. Satışa çıxarılmayacaq diskin növbəti təqdimatının Moskvada keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR