Bank Of Baku

IV Respublika bədii qiraət müsabiqəsi başa çatıb

IV Respublika bədii qiraət müsabiqəsi başa çatıb
# 01 oktyabr 2009 22:55 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş IV Respublika bədii qiraət müsabiqəsinə yekun vurulub.

APA-nın cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə üç gün davam edən bu sənət yarışmasında respublikanın 36 şəhər və rayonundan 18-30 yaşlı 86 gənc oğlan və qız bacarığını nümayiş etdirib. Xalq artisti Nurəddin Mehdixanlının rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə Lənkəran şəhər sakini Gülər Kərimova birinci yerə, Sumqayıt şəhər sakini Könül Qurbanova ikinci yerə, Ağsu rayon sakini Elnur Mahmudov isə üçüncü yerə layiq görülüb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamına müvafiq olaraq müsabiqədə birinci yerin qalibinə birinci dərəcəli diplom və 500 manat, ikinci yerin qalibinə ikinci dərəcəli diplom və 300 manat, üçüncü yerin qalibinə isə üçüncü dərəcəli diplom və 250 manat pul mükafatı veriləcək.

Mükafatların təqdimetmə mərasimi oktyabr ayının sonunda Bakı şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR