Bank Of Baku

Azərbaycanlı rejissorun filmi ABŞ-da keçiriləcək beynəlxalq kinofestivalda nümayiş olunacaq

Azərbaycanlı rejissorun filmi ABŞ-da keçiriləcək beynəlxalq kinofestivalda nümayiş olunacaq
# 02 oktyabr 2009 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanlı rejissor Araz Məmmədovun “e Turnity” filmi oktyabrın 2-də ABŞ-da keçiriləcək beynəlxalq kinofestivalda nümayiş olunacaq. APA-nın məlumatına görə, bu, azərbaycanlı rejissor və prodüserin Hollivudda amerikalı aktyorlar və çəkiliş qrupu ilə yaratdığı ilk işdir. Təşkilat komitəsi bu filmi müsabiqəyə təqdim olunmuş 500-dən artıq qısametrajlı filmin arasından seçib. Festival oktyabrın 4-də bitəcək. Sabah isə müsabiqənin qalibləri müəyyənləşəcək və qalib filmlərin adı açıqlanacaq.

Qeyd edək ki, A. Məmmədovun filmi bu yaxınlarda Bakıda keçirilən “Şərq-Qərb” Beynəlxalq Kino Festivalı çərçivəsində də nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR