Bank Of Baku

Azərbaycanın Ordubad şəhəri haqqında sayt istifadəyə verilib

Azərbaycanın Ordubad şəhəri haqqında sayt istifadəyə verilib
# 02 oktyabr 2009 13:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın Ordubad şəhərinin tarixini əks etdirən sayt istifadəyə verilib. Bu barədə APA-ya saytın yaradıcılarından olan Ramil Zeynalsoy məlumat verib.

R.Zeynalsoy bildirib ki, sayt www.ordubadli.az ünvanında fəaliyyət göstərəcək. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının altı rayonundan biri olan Ordubad Azərbaycanın ən qədim insan məskənlərindən biri sayılır: “Bundan başqa, bədnam qonşularımızın Naxçıvana qarşı irəli sürdüyü ərazi iddialarında Ordubadla da bağlı xüsusi planlara malik olduqları sirr deyil. Ona görə də bu qədim diyarı dünyaya tanıtmaq üçün onun gerçək tarixini, mədəniyyətini əks etdirən saytın yaradılmasını zəruri saydıq”.

Qeyd edək ki, saytın müxtəlif bölmələrində Ordubadın təbiəti, inzibati-ərazi vahidləri və tanınmış şəxsiyyətləri barədə də məlumatlar yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR