Bank Of Baku

Moskvada Müslüm Maqomayevə abidə qoyulacaq

Moskvada Müslüm Maqomayevə abidə qoyulacaq
# 02 oktyabr 2009 14:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Moskvada mərhum sənətkar Müslüm Maqomayevə abidə qoyulacaq. APA-nın Rusiya internet saytlarına istinadən yaydığı məlumata görə, Moskva şəhərinin baş rəssamı İqor Voskresenski bildirib ki, abidə sənətkarın yaşadığı evin qarşısında, Azərbaycanın Rusiyadakı səfirliyinin yaxınlığında qoyulacaq. Abidənin açılışı mərhumun vəfatının ildönümündə olacaq.

Xatırladaq ki, M. Maqomayev 2008-ci il oktyabrın 25-də Moskvadakı evində vəfat edib. O, Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR