Bank Of Baku

Sabah Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının təntənəli açılış mərasimi keçiriləcək

Sabah Bakıda İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının təntənəli açılış mərasimi keçiriləcək
# 05 oktyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Bakıda İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalının hazırlığına başlanılıb. Milli Kulinariya Mərkəzindən APA-ya verilən məlumata görə, sabah Bakı Şəhər İdman Sarayında festivalın təntənəli açılış mərasimi keçiriləcək. Festivalda iştirak etmək üçün Ümumdünya Kulinariya Təşkilatları Assosiasiyasının prezidenti Qissur Qudmundsson, Ümumdünya Folklor Sənəti Təşkilatının prezidenti Karmen Padilyanın, həmçinin Belarus, Filippin, Gürcüstan, İran, İslandiya, Kanada, Nigeriya, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələrin aparıcı kulinarlarından ibarət komandalar şəhərimizə təşrif buyurublar.

Oktyabrın 10-na kimi davam edəcək festival çərçivəsində iştirakçı komandalar arasında müxtəlif yarışlar təşkil olunacaq. Eyni zamanda qonaqların iştirakı ilə “Kulinariyanın cəmiyyətdə rolu: inkişaf perspektivləri” adı altında dəyirmi masanın da təşkil olunması nəzərdə tutulur. Festivalda qalib gəlmiş komandaların adı oktyabrın 9-da açıqlanacaq və qalib komandalar mükafatlandırılacaqlar. Qeyd edək ki, İslam Mətbəxi Beynəlxalq Kulinariya Festivalı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR